...

Məşhur yazıçı Oljas Süleymenov Astanada YUNESKO-nun forumundan xəstəxanaya aparılıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2011 12:38 (UTC +04:00)
Bu gün Qazaxıstanın YUNESKO yanındakı daimi nümayəndəsi, məşhur yazıçı Oljas Süleymenov Astanada YUNESKO-nun forumundan xəstəxanaya aparılıb.
Məşhur yazıçı Oljas Süleymenov Astanada YUNESKO-nun forumundan xəstəxanaya aparılıb

Qazaxıstan, Astana, 5 sentyabr /Trend, müxbir A.Maratov/

Bu gün YUNESKO-nun Mərkəzi Asiya ölkələrinin işləri üzrə milli komissiyasının Astanada keçirilən regional iclasında Qazaxıstanın YUNESKO yanındakı daimi nümayəndəsi, məşhur yazıçı Oljas Süleymenovun vəziyyəti pisləşib.

Trend-in məlumatına görə, o, hələ birinci fasilə zamanı narahatlıq hiss edib. Süleymenov müsahibə verməkdən imtina edib və bunu özünü pis hiss etməsi ilə izah edib.

Forumun ikinci hissəsində onun vəziyyəti pisləşib, forumun keçirildiyi otelə həkim çağırılıb.

Fasilə zamanı Süleymenov təcili yardım maşını ilə Astanadakı xəstəxanalardan birinə aparılıb.

May ayında Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenovu Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğində göstərdiyi xidmətlərə görə ali mükafat - "Dostluq" ordeni ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti