...

Türkiyə HHQ İraqın şimalında PKK yaraqlılarına yeni zərbələr endirib

Dünya xəbərləri Materials 14 Noyabr 2011 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Tağıyeva/

Noyabrın 13-də axşam Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında terrorçu Kürd Fəhlə Partiyasının (PKK) mövqelərinə yeni zərbələr endirib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, kəşfiyyat uçuşlarından sonra Türkiyə hərbi təyyarələri bütün gecə PKK yaraqlılarının təlim keçdiyi düşərgəni bombalayıb.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbçisi öldürülmüşdü.

PKK yaraqlılarının oktyabrın 19-na keçən gecə İraqla həmsərhəd olan Hakkari vilayətində 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq türk ordusu cümə axşamı İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti