...

Romada Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ildönümünə həsr edilmiş konfrans keçirilib (FOTO)

Dünya xəbərləri Materials 19 Noyabr 2011 02:59 (UTC +04:00)
Cümə günü Romada, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə İtaliyanın “La Sapienza” Universiteti tərəfindən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci illiyinə həsr edilmiş konfrans keçirilmişdir.
Romada Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ildönümünə həsr edilmiş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Cümə günü Romada, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə İtaliyanın "La Sapienza" Universiteti tərəfindən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Konfransı giriş sözü ilə "La Sapienza" Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Antonello Biacini açmışdır. Konfransda Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli, dosenti Altay Göyüşov və İtaliyanın "La Sapienza" Universitetinin professorları Andrea Karteni, Alessandro Vanini, Qabriele Natalizia məruzə ilə çıxış etmişlər.

Daha sonra, konfransda İtaliyanın Azərbaycandakı keçmiş səfiri Canluici Maşia, cari il 25-28 oktyabr tarixlərində Azərbaycana səfər etmiş italiyalı professorlar Ancelo Kianeze və Françesko Qui, həmçinin 18-20 oktyabr tarixlərində Azərbaycanda keçirilmiş Dünya Gəncləri Festivalında iştirak etmiş italiyalı tələbələr ölkəmizlə bağlı öz təəssüratları ilə bölüşmüşdürlər. Tədbirdə "La Sapienza" Universitetinin və Romadakı digər ali təhsil müəssisələrin tələbə və müəllimləri iştirak etmişlər.

Konfransda səslənən məruzələr tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Xəbər lenti

Xəbər lenti