...

İnquşetiyada sərhədçilər "qar adamı"na bənzəyən canlını tutublar

Dünya xəbərləri Materials 29 Dekabr 2011 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

RF FTXİ-nin İnquşetiya Sərhəd İdarəsinin hərbiçiləri ölkənin Ceyrah rayonundakı meşədə "qar adamı"na bənzəyən qəribə iki metrlik calının tutmağa müvəffəq olublar. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Cənub" agentliyinə respublikanın əmək və sosial inkişaf naziri Baqaudin Marşani məlumat verib.

"Bir neçə gün əvəvl Ceyrah rayonunda bir ovçu ayının qoyunu tutaraq onu meşəyə sürüdüyünün şahidi olub. Ovçu onların arxasınca gedib, bir neçə atəş açıb, bundan sonra heyvan iki ayağı üstə qalxaraq meşəyə qaçıb. Bu gün isə sərhədçilər bu ərazidə təmizləmə əməliyyatı aparıblar, kiçik çuxurda qəribə heyvan aşkar ediblər", - Marşani deyib.

Onun sözlərinə görə, tutulan canlı Nazran rayonunun Surhahi kəndində yerləşən zooparka gətirilib.

"Sizə deyim ki, heyvan qorillaya oxşayır, boyu iki metrə yaxındır, tünd rəngdədir, çox güman ki, dişidir, çox iridir. Qorilla adətən qabaq pəncələrinə dayanır, bu isə insan kimi şaquli. Mırıldayır və anlaşılmaz səslər çıxarır", - nazir bildirib.

Onun sözlərinə görə, heyvan bərk qorxub, əsasən ət və bitkilərlə qidalanır.

"Bəziləri bunun qar adamı olduğunu, digərləri isə iri meymun olduğunu deyir. Amma düzünü desək, mən həyatımda beləsini görməmişəm", - Marşani deyib.

Onun sözlərinə görə, adətən, iri qorillaların uzun və iri əlləri olur. Bu heyvanın isə əlləri qısadır və o insan kimi ayaq üstə durur.

"Mənə məlum olduğuna görə, bir neçə gündən sonra respublikaya Moskvadan mütəxəssislər gələcək və onlar bu qəribə heyvanı aparacaqlar", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti