...

Türkiyədə 300-dən çox aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 2 Fevral 2012 12:06 (UTC +04:00)
Cümə axşamı İstanbul aeroportunda əlverişsiz hava şəraiti səbəbindən 320 daxili və beynəlxalq reys təxirə salınıb.
Türkiyədə 300-dən çox aviareys təxirə salınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 fevral /Trend müxbir A.Tağıyeva/

Cümə axşamı İstanbul aeroportunda əlverişsiz hava şəraiti səbəbindən 320 daxili və beynəlxalq reys təxirə salınıb. Bu barədə cümə axşamı Trend "Hürriyət" qəzetinə istinadən məlumat verir.

İstanbulda dünən gecə başlayan güclü qar bu gün daha da güclənəcək. Gözlənilir ki, axşama kimi qar güclü çovğuna keçəcək.

Şəhərdə 2-3 dərəcə şaxta olacaq. Paytaxt Ankarada 19 dərəcə şaxta gözlənilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, şəhər hakimiyyəti əhaliyə ictimai nəqliyyatdan istifadə etməyi və zəruri ehtiyat tədbirləri görmədən şəxsi avtomobillə çıxmamağı tövsiyə edib.

Güclü qar, həmçinin Türkiyənin bir çox bölgələrində gözlənilir.

Xəbər lenti

Xəbər lenti