Azərbaycan, Bakı, 4 fevral /Trend/
Rusiya DİN Bİ-nin verdiyi məlumata görə, Moskvada aksiya iştirakçılarının sayı 100 min nəfəri ötüb.
"Poklonnı Qorada mitinq başlanıb. Orada 87 mindən 90 minədək adam iştirak edir. Böyük Yakimankada başlanan yürüşün ilk sıraları Bolotnı meydanına daxil olub. Bu tədbirdə 23 minə yaxın adam iştirak edir", - məlumatda deyilir. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yazır.