Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir T.Cəfərov/
İranın Narkotiklərlə Mübarizə Təşkilatının məlumatına əsasən, ölkədə şagirdlərin cüzi bir hissəsi narkotik maddə aludəçisi və istifadəçisidir. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.
İran KİV-inin məlumatına əsasən, İranda cari ildə məktəblərdə şagirdlərin sayı 12 milyon 600 min nəfər təşkil edib. Onlardan 6300 şagird narkotik maddə istifadəçisidir.
İranın Təhsil Nazirliyinin sonuncu statistikasına əsasən, ölkədə 2400 şagird narkotik maddələrin istifadəçisidir.