Azərbaycan, Bakı, 22 fevral /Trend müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
İran bazar ertəsi ölkənin cənubunda başlayan "Sarallah" hərbi təlimlərində "Khashef" və "Matlaul-Fajr" radarlarını təqdim edib. Bu barədə çərşənbə günü Trend IRNA agentliyinə istinadən məlumat verir.
Bu təlimlərin məqsədi Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin, xüsusən müasir müdafiə taktikasına üstünlük verməklə HHM-in inteqrasiya edilmiş şəbəkələrinin hərbi hazırlığını yüksəltməkdir. Manevrlər İranın təhlükələrin dəf edilməsinə, xüsusilə sıx məskunlaşan rayonlara, müdafiəsiz mərkəzlərə və nüvə obyektlərinə mümkün hücumlara qarşı hazırlığının artırılmasını nəzərdə tutur.
Dördgünlük manevrlərə yerli istehsal olan raket sistemləri, HHM artilleriyası, radiolokal sistemlər, habelə kəşfiyyat təyyarələri cəlb ediləcək.