...

Gürcüstan XİN Gürcüstan-Ermənistan birgə təlimləri haqqında məlumatı təkzib edib

Dünya xəbərləri Materials 5 Mart 2012 13:35 (UTC +04:00)
Gürcüstan XİN ABŞ-ın himayəsi altında Gürcüstan-Ermənistan birgə təlimlərinin keçirilməsi haqqında məlumatı təkzib edib.
Gürcüstan XİN Gürcüstan-Ermənistan birgə təlimləri haqqında məlumatı təkzib edib

Gürcüstan, Tbilisi, 5 mart / Trend, müxbir N.Kirsxaliya /

Gürcüstan XİN ABŞ-ın himayəsi altında Gürcüstan-Ermənistan birgə təlimlərinin keçirilməsi haqqında məlumatı təkzib edib.

Xarici işlər nazirinin müavini Nino Kalandadzenin bazar ertəsi brifinqdə bəyan etdiyi kimi, bu məlumat həqiqətə uyğun deyil.

"Bizdə olan məlumata görə, belə təlimlər planlaşdırılmır", - o deyib.

Gürcüstan-Ermənistan birgə təlimlərinin keçirilməsi haqqında məlumatı erməni KİV-i yayıb.

Xəbər lenti

Xəbər lenti