Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir A.Tağıyeva /
Türkiyə Silahlı Qüvvələri dünən "Anadolu qartalı" adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verir.
Aprelin 13-dək davam edəcək təlimlərə ölkənin Hərbi Dəniz Qüvvələri və NATO-nun İncirlikdəki hərbi bazası cəlb edilib.