Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
İran Yunanıstanın iki şirkətinə - "Hellenic Petroleum" və "Motor Oil Hellas"a neft satışını azaldıb. Bu addım həmin şirkətlərin bu ölkədən xammalın alışı ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən sonra atılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Press TV xəbər verir.
İran fevralda Avropanın altı ölkəsinə - Fransa, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan və Niderlanda neft satışını dayandırıb. Sonra bu informasiya təkzib edilib və İran adıçəkilən ölkələrlə neft alışı ilə bağlı ikiillik müqavilənin imzalanmayacağı halda həmin ölkələrə neft satışının dayandırılacağına dair şərt irəli sürüb.