...

Ərdoğan: Suriya ordusu Türkiyə sərhədini pozub

Dünya xəbərləri Materials 10 Aprel 2012 11:07 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinə rəsmi səfəri zamanı keçirdiyi görüşdə jurnalistlərə verdiyi açıqlamada dünən Suriya ordusunun Türkiyə sərhədini ciddi şəkildə pozduğunu bildirib.
Ərdoğan: Suriya ordusu Türkiyə sərhədini pozub

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinə rəsmi səfəri zamanı keçirdiyi görüşdə jurnalistlərə verdiyi açıqlamada dünən Suriya ordusunun Türkiyə sərhədini ciddi şəkildə pozduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.

"Suriya ordusu açıq şəkildə Türkiyənin sərhədlərini pozub. Baş verənləri tez bir zamanda dəyərləndirəcəyik", - Ərdoğan bildirib.

Aprelin 9-da Türkiyə-Suriya sərhədində Suriya təhlükəsizlik qüvvələri ilə Türkiyəyə qaçmaq istəyən müxalifətçilər arasında baş verən atışma nəticəsində iki Suriya vətəndaşı öldürülüb, 11 nəfər yaralanıb.

Yaralananlardan biri suriyalı qaçqınların yerləşdirildikləri düşərgələrdə tərcüməçi işləyən Türkiyə vətəndaşıdır.

Türkiyə miqrasiya şöbəsinin və XİN-in açıqlamasında Suriyadan Türkiyəyə sığınan qaçqınların sayının 24 500 olduğu bildirilir.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

Ümumilikdə Suriyada hərbi toqquşmaların başladığı gündən etibarən ölənlərin sayı 10 min nəfərə yaxınlaşıb.

Xəbər lenti

Xəbər lenti