...

Kabilin diplomatik məhəlləsinə üsyançılar tərəfindən hücum olunub

Dünya xəbərləri Materials 15 Aprel 2012 17:29 (UTC +04:00)
Əfqanıstan paytaxtı Kabildə bazar günü bir neçə partlayış baş verib. Bu barədə Trend-ə adının çəkilməsini istəməyən Əfqanıstandakı rəsmi mənbə bildirib.
Kabilin diplomatik məhəlləsinə üsyançılar tərəfindən hücum olunub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstan paytaxtı Kabildə bazar günü bir neçə partlayış baş verib. Bu barədə Trend-ə adının çəkilməsini istəməyən Əfqanıstandakı rəsmi mənbə bildirib.

Mənbənin sözlərinə görə, hücumların biri terrorçu-intiharçı tərəfindən ABŞ-ın səfirliyinə qarşı törədilib. Həmçinin, hazırda Rusiyanın konsulluğu yaxınlığında təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında döyüş gedir.

Əfqanıstan müdafiə nazirliyinin sözçüsü Zəhir Əzimi Trend-ə təsdiqləyib ki, Kabildə intiharçıların hücumları və partlayışlar baş verib. Onun sözlərinə görə, hücumlar xarici ölkələrin səfirliklərinin yerləşdiyi məhəllədə baş verdi.

O bildirib ki, yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüş davam edir.

Xəbər lenti

Xəbər lenti