...

RHM üzrə əməkdaşlıqda Qəbələ RLS-in mümkün rolu barədə danışmaq hələlik tezdir – RF XİN rəhbərinin müavini

Dünya xəbərləri Materials 17 Aprel 2012 13:58 (UTC +04:00)
Rusiya ABŞ-la RHM üzrə əməkdaşlıqda Qəbələ RLS-in hansı rol oynaya biləcəyi barədə danışmağın hələlik tez olduğunu hesab edir.
RHM üzrə əməkdaşlıqda Qəbələ RLS-in mümkün rolu barədə danışmaq hələlik tezdir – RF XİN rəhbərinin müavini

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Rusiya ABŞ-la RHM üzrə əməkdaşlıqda Qəbələ RLS-in hansı rol oynaya biləcəyi barədə danışmağın hələlik tez olduğunu hesab edir. Bunu RF XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"ABŞ və NATO ilə RHM üzrə əməkdaşlıqda Qəbələ RLS-in hansı rol oynaya biləcəyi barədə danışmaq hələlik tezdir", - o deyib.

Ryabkov əlavə edib ki, Rusiya ABŞ və NATO-dan onların RHM sistemlərinin Rusiyaya qarşı yönəlmədiyinə dair hüquqi zəmanət tələb edir.

"Zəmanətlər yalnız bir ifadə deyil, hüquqi öhdəçilik olmalıdır. Bundan başqa, o, Rusiya tərəfinin özünün RHM-in ona qarşı yönəlmədiyini mühakimə edə biləcəyi obyektiv hərbi-texniki meyarlar dəsti ilə müşayiət olunmalıdır", - nazir müavini bildirib.

Xatırladaq ki, aprelin əvvəlində RF XİN rəhbəri Sergey Lavrov hazırda RHM üzrə əməkdaşlıq çərçivəsində Qəbələ RLS-in hansısa məlumatlarının ABŞ-a verilməsi haqqında söhbət getmədiyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti