...

ABŞ-ın Ankaradakı səfirliyi qarşısında türklər və azərbaycanlılar etiraz aksiyası keçiriblər

Dünya xəbərləri Materials 25 Aprel 2012 13:08 (UTC +04:00)
Çərşənbə günü ABŞ-ın Ankaradakı səfirliyinin binası qarşısında türklər və azərbaycanlılar ABŞ Prezidenti Barak Obamanın qondarma "erməni soyqırımı" ilə bağlı dediklərinə qarşı etiraz aksiyası keçiriblər.
ABŞ-ın Ankaradakı səfirliyi qarşısında türklər və azərbaycanlılar etiraz aksiyası keçiriblər

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva /

Çərşənbə günü ABŞ-ın Ankaradakı səfirliyinin binası qarşısında türklər və azərbaycanlılar ABŞ Prezidenti Barak Obamanın qondarma "erməni soyqırımı" ilə bağlı dediklərinə qarşı etiraz aksiyası keçiriblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü CNN Turk telekanalı xəbər verib.

Aksiya iştirakçıları 1915-ci il hadisələrinin ədalətli araşdırılmasını və beynəlxalq ictimaiyyətin "erməni soyqırımı" haqqında yalanı tanımaqdan imtina etməsini tələb ediblər.

Onlar habelə dünya birliyini, o cümlədən ABŞ-ı erməni hərbiçilərin yüzlərlə Xocalı sakinini qətlə yetirməsini araşdırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti