Türkiyə, Hatay, 28 aprel /Trend, müxbir R. Hafizoğlu/
Ötən ilin martından Türkiyədə müalicə alan suriyalıların sayı 600 nəfəri ötüb. Bu barədə şənbə günü Trend-ə Türkiyədə suriyalı qaçqınların işi ilə məşğul olan Türkiyə Humanitar Fondunun (IHH) Hatay nümayəndəliyindən bildiriblər.
Fonddan məlumat veriblər ki, müalicə alanların əksəriyyəti snayper gülləsi və ya iriçaplı silahdan yaralanıb.
O da qeyd edilib ki, hazırda suriyalı qaçqınların Türkiyə ərazisinə keçidinə Suriya sərhədçiləri çətinlik törədir.
Türkiyədə suriyalı qaçqınların sayı 25 mindən çoxdur.