...

Üsyançılarla mübarizə aparmaq üçün bəzi qonşu ölkələr Suriya ordusunu silahlandırır - müxalifət

Dünya xəbərləri Materials 28 Aprel 2012 14:48 (UTC +04:00)
Müxalifətlə mübarizəni davam etdirmək üçün bəzi qonşu ölkələr, xüsusən İran və İraq Suriya ordusunu silahlandırır. Bunu şənbə günü Trend-ə Suriya müxalifətinin adının çəkilməsini istəməyən liderlərindən biri deyib.
Üsyançılarla mübarizə aparmaq üçün bəzi qonşu ölkələr Suriya ordusunu silahlandırır - müxalifət

Türkiyə, Hatay, 28 aprel /Trend, müxbir R.Hafizoğlu/

Müxalifətlə mübarizəni davam etdirmək üçün bəzi qonşu ölkələr, xüsusən İran və İraq Suriya ordusunu silahlandırır. Bunu şənbə günü Trend-ə Suriya müxalifətinin adının çəkilməsini istəməyən liderlərindən biri deyib.

Onun sözlərinə görə, hakimiyyətin özü Suriyanın şəhərlərində terror aktları törədir ki, bu işdə müxalifəti günahlandırsın.

"Bu, Suriya hakimiyyətinin müxalifətlə planlaşdırılmış informasiya müharibəsidir" , - mənbə qeyd edib.

O deyib ki, Suriyanın 40 min yüksəkvəzifəli hərbiçisi "Azad Suriya ordusu" tərəfinə keçmək haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti