Azərbaycan, Bakı, 14 may /Trend/
Bazar ertəsi Nepalda baş vermiş təyyarə qəzasında on bir nəfər həlak olub, beş nəfər sağ qalıb. Trend-in məlumatına görə, bu barədə Xinhua agentliyi məlumat verib.
"Agri Air" aviaşirkətinə məxsus "Dornier" markalı təyyarə Pokhara şəhərindən havaya qalxıb. Qəza Comsom şəhərinin aeroportunda təyyarə yerə enərkən baş verib. "Assoşieytid Press" agentliyinin məlumatına görə, təyyarənin göyərtəsində 21 nəfər olub. Onlardan 16-si hind və ikisi avropalı olub.
Qəza yerində polis və hərbi qulluqçuların iştirakı ilə axtarış-xilasetmə işləri aparılır. Bu barədə RİA Novosti yazır.
Hadisənin baş verdiyi şərait, eləcə də həlak olanların və yaralananların sayı dəqiqləşdirilir.
Qeyd edək ki, turistlər və alpinistlər arasında məşhur olan səkkiz min metrlik Annapurna dağının ətrafına marşrut Comsom şəhərindən keçir.