Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Tariverdiyeva, Т.Cəfərov/
Vyanada İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında nüvə problemi ilə bağlı danışıqlar başlayıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi bildirib.
İran tərəfdən danışıqlarda ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Sultaniyə iştirak edir.