...

Aİ Ermənistan AES-inin tezliklə bağlanmasında təkid edir

Dünya xəbərləri Materials 16 May 2012 11:16 (UTC +04:00)
Avropa İttifaqı Ermənistanın "Metsamor" atom elektrik stansiyasının tezliklə bağlanmasında təkid edir.
Aİ Ermənistan AES-inin tezliklə bağlanmasında təkid edir

Azərbaycan, Bakı, 16 may /Trend/

Avropa İttifaqı Ermənistanın "Metsamor" atom elektrik stansiyasının tezliklə bağlanmasında təkid edir. Çünki "o nüvə təhlükəsizliyinin beynəlxalq səviyyədə tanınmış standartlarına qədər təkmilləşdirilə bilməz".

Trend-in məlumatına görə, Mediamaks xəbər verir ki, bu barədə Avropa Komissiyasının və Aİ-nin xarici məsələlər və təhlüksəzilik siyasəti üzrə ali nümayəndəsinin 2011-ci ildə Ermənistanda Avropa Qonşuluq Siyasətinin reallaşdırılmasına dair dünən dərc olunmuş birgə sənədində deyilir.

"Ermənistan indiyədək atom stansiyasının istismardan çıxarılması ilə bağlı ətraflı plan hazırlamayıb. Ermənistan əvəzedici güclərin yaradılmasından sonra bağlamağı planlaşdırdığı AES-də təhlükəsizlik normalarını yaxşılaşdırmaqda davam edir. Ermənistan maliyyələşdirmə məsələsinin başlıca problem olaraq qalmasına baxmayaraq, Rusiya tipli yeni nüvə reaktorunun tikintisinə hazırlaşır. Yaponiyanın "Fukusima" stansiyasındakı insidentdən sonra Ermənistan Aİ standartlarını nəzərə alaraq, bu təşkilatla birlikdə AES-dəki risklərin və təhlükəsizliyin (stress-testlərin) hərtərəfli qiymətləndirilməsini aparmağa hazır olduğunu bildirib", - sənəddə deyilir.

"Metsamor" AES 1970-ci ildə tikilib.

Xəbər lenti

Xəbər lenti