...

İranda Xəzər regionu ölkələrinin Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının sammiti keçiriləcək

Dünya xəbərləri Materials 21 May 2012 12:11 (UTC +04:00)
Mayın 22-26-da İranın Qorqan vilayətində Xəzər regionu ölkələrinin Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının 13-cü sammiti keçiriləcək.
İranda Xəzər regionu ölkələrinin Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının sammiti keçiriləcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Mayın 22-26-da İranın Qorqan vilayətində Xəzər regionu ölkələrinin Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının 13-cü sammiti keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Xəzər regionu ölkələrinin Beynəlxaql İşgüzar Əməkdaşlıq Şurası 1996-cı ildə Rusiya, Qazaxıstan və İranın ticarət palataları tərəfindən yaradılıb.

"Sammit Xəzəryanı ölkələrin üşgüzar və əməkdaşlqı imkanlarının müzakirəsi və danışıqların aparılması üçün yaxşı imkandır", - Qorqan vilayətinin Ticarət Palatasının prezidenti Həmid Dəmqani bildirib.

İndiyədək təsisçi ölkələrdə qurumun növbə ilə 12 iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti