...

Suriyada üç iranlı oğurlanıb

Dünya xəbərləri Materials 22 May 2012 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov /

Bazar ertəsi Suriyada üç İran vətəndaşı oğurlanıb. Bunu Suriyanın İrandakı müvəqqəti işlər vəkili Abbas Qolru bildirib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verib.

Nəqliyyat şirkətində çalışan İran vətəndaşları Mürtəza Adili, Hüseyn Əli Necad və İsmayıl Məhəmməd Zeynali bazar ertəsi Suriya sərhədini keçiblər, mayın 21-də silahlı şəxslər tərəfindən oğurlanıblar.

Qolrunun sözlərinə görə, səfirlik dəfələrlə İranın nəqliyyat şirkətlərini Suriyaya yükdaşımaların təhlükəli olması barədə xəbərdarlqı etsə də, bəzi firmalar bu məlumata etinasızlıq göstəriblər.

Xəbər lenti

Xəbər lenti