...

İranda Ərəb ölkələrindən birinə çalışan casus həbs olunub

Dünya xəbərləri Materials 28 May 2012 09:51 (UTC +04:00)
İranın Səbzivar şəhəri üzrə İslam İnqililabı Keşikçiləri Korpusu (Sepah) Ərəb ölkələrindən birinə çalışan casus həbs etdiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.
İranda Ərəb ölkələrindən birinə çalışan casus həbs olunub

Azərbaycan, Bakı, 28 may /Trend müxbir T.Cəfərov/

İranın Səbzivar şəhəri üzrə İslam İnqililabı Keşikçiləri Korpusu (Sepah) Ərəb ölkələrindən birinə çalışan casus həbs etdiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.

Məlumatda bildirilir ki, Ərəb ölkələrindən birinə çalışan məlum şəxs Səbzivar şəhər Sepah qüvvələri tərəfindən həbs olunub, lakin həbs olmuş şəxsin hansı ölkəyə casusluq etdiyi açıqlanmayıb. "Həbs olmuş şəxs dindirilmələr zamanı Ərəb ölkələrinin birindən iki şəxslə əlaqəsi olduğunu və həmin şəxslərə məlumatlar ötürdüyünü, bundan başqa dələduzluq yolu ilə 100 nəfərdən çox şəxsi aldatdığını və özünü Sepah işçisi kimi təqdim etdiyini etiraf edib.

Həbs olmuş şəxsin evindən hərbi geyim, hərbi sursat, casusluq etmək üçün digər ləvazimat aşkarlanıb və müsadirə olunub", -deyə Sepah-ın yaydığı bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti