...

İran Küveytə etirazını bildirib

Dünya xəbərləri Materials 29 May 2012 12:46 (UTC +04:00)
Tehran dörd İran vətəndaşının heç bir əsaslı ittiham irəli sürülmədən həbs olunması ilə əlaqədar Küveytə etirazını bildirib.
İran Küveytə etirazını bildirib

Azərbaycan, Bakı, 29 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Tehran dörd İran vətəndaşının heç bir əsaslı ittiham irəli sürülmədən həbs olunması ilə əlaqədar Küveytə etirazını bildirib. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib. Trend-in məlumatına görə, xəbəri İRİB News agentliyi yayıb.

"Küveyt tərəfi bu ölkədəki İran diplomatlarına həbs olunan şəxslərlə əlaqə saxlamağa icazə verməyib", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran vətəndaşları barəsində elan olunan ittihamlarla razılaşmır və onları əsassız hesab edir.

Mehmanpərəst bildirib ki, bir az əvvəl Küveyt həbs olunmuş İran vətəndaşları barəsində ittihamı elan etmək fikrindən imtina etsə də, sonradan naməlum səbəblərdən bu məsələni yenidən gündəliyə çıxarıb.

Xəbər lenti

Xəbər lenti