...

Aİ Şurasının sədrinin Ermənistana səfərinin proqramı açıqlanıb

Dünya xəbərləri Materials 2 İyul 2012 14:00 (UTC +04:00)
Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey Cənubi Qafqaza regional səfəri zamanı iyulun 3-4-də Ermənistanda olacaq.
Aİ Şurasının sədrinin Ermənistana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey Cənubi Qafqaza regional səfəri zamanı iyulun 3-4-də Ermənistanda olacaq. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.

Ermənistana səfəri çərçivəsində Herman Van Rompey Prezident Serj Sarkisyan və parlamentin spikeri Ovik Abraamyanla görüşəcək.

Herman Van Rompey Ermənistan parlamentində çıxış edəcək, "Ermənistan Avropada" vətəndaş cəmiyyəti forumunun açılışında nitq söyləyəcək, habelə YUNESKO-nun sərgisini ziyarət edəcək.

Görüşlər zamanı Herman Van Rompey həmsöhbətləri ilə Ermənistan-Aİ münasibətləri ilə bağlı məsələləri, daxili siyasi vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran başqa məsələləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti