...

Rusiya və Çin Əsəd rejimini dəstəklədiklərinə görə cavab verəcəklər - ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 6 İyul 2012 18:07 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Rusiya və Çin Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstək verdiklərinə görə cəzalandırılmalıdır.
Rusiya və Çin Əsəd rejimini dəstəklədiklərinə görə cavab verəcəklər - ABŞ dövlət katibi

Azərbaycan, Bakı, 6 iyul /Trend/

ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Rusiya və Çin Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstək verdiklərinə görə cəzalandırılmalıdır. ABŞ dövlət katibi belə kəskin bəyanatı iyulun 6-da Parisdə "Suriyanın dostları" görüşündə verib. Bu barədə Trend cümə günü RBK-ya istinadən məlumat verir.

"Mən inanmıram ki, Rusiya və Çin Əsəd rejimini dəstəklədiklərinə görə əvəzində nə isə ödəyirlər. Vəziyyəti dəyişməyin yeganə yolu var: burada təmsil olunan hər bir dövlət birbaşa və təcili bəyan etməlidir ki, Rusiya və Çin hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar", - Klinton qeyd edib.

"Suriyanın dostları" qeyri-rəsmi beynəlxalq təşkilatına 100 Qərb və ərəb dövləti daxildir. Onları Suriyada baş verən hadisələr qane etmir.

"Suriyanın dostları" görüşünün iştirakçı dövlətləri bu gün Suriya hökumətini BMT tərəfindən ölkədə vəziyyətin nizamlanması üzrə bəyənilən "yol xəritəsi"nə riayət etməyə çağıracaqlar.

Fransa xarici işlər naziri Loran Fabiusun sözlərinə görə, görüşün əsas mövzularından biri Suriya müxalifətinin kommunikasiya vasitələri ilə təchiz edilməsi, eləcə də ölkəyə qarşı yeni sanksiyaların tətbiqi və mövcud sanksiyaların səmərəliliyinin nəzərdən keçirilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti