...

Obama öz xarici siyasətində ciddi dəyişiklik etməlidir – iranlı general

Dünya xəbərləri Materials 13 İyul 2012 16:51 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi ABŞ hökumətinə öz xarici siyasətində ciddi dəyişikliklər etməyi məsləhət görüb.
Obama öz xarici siyasətində ciddi dəyişiklik etməlidir – iranlı general

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Cəfərov/

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi ABŞ hökumətinə öz xarici siyasətində ciddi dəyişikliklər etməyi məsləhət görüb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

"Obama öz xarici siyasətində ciddi dəyişiklik etməlidir. Buna görə, xanım Kilinton təqaüdə çıxmalıdır, onun pensiyaya çıxma vaxtı çoxdan çatıb", - Firuzabadi deyib.

ABŞ və İran arasında münasibətlər 1980-ci ildə kəsilib və təxminən 30 ildir ki, iki ölkə arasında əlaqələr yoxdur.

Xəbər lenti

Xəbər lenti