...

İranda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb

Dünya xəbərləri Materials 21 İyul 2012 10:10 (UTC +04:00)
İranın Gülüstan əyalətində ötən gün yenidən sel və daşqınlar baş verib. Daşqınlar nəticəsində Əliabad kəndində 2 nəfər həlak olub.
İranda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Gülüstan əyalətində ötən gün yenidən sel və daşqınlar baş verib. Daşqınlar nəticəsində Əliabad kəndində 2 nəfər ölüb. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, cümə günü yağan güclü leysan nəticəsində yaranan daşqınlar Gülüstan əyalətinin Hüseynabad, Baharan, Kamalabad, Bəndərgəz bölgələrində əhalinin evlərinə və dükanlara külli miqdarda ziyan vurub, Kordkoy - Bəndərgəz maqistral yolunun bağlanmasına səbəb olub. Hazırda bu yolun açılması istiqamətində işlər görülür. Bundan başqa əksər bölgələrdə su və kanalizasiya boruları sıradan çıxıb, əhalinin yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Bundan öncə iyulun 16-da da Gülüstan əyalətinin Rudsər şəhərində sel və daşqınlar nəticəsində 3 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti