...

Suriya müxalifəti İsrailin humanitar yardımından imtina edib

Dünya xəbərləri Materials 24 İyul 2012 10:49 (UTC +04:00)
İsrail Suriya müxalifətinə humanitar yardım təklif etsə də, müxalifət onu qəul etməkdən imtina edib.
Suriya müxalifəti İsrailin humanitar yardımından imtina edib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

İsrail Suriya müxalifətinə humanitar yardım təklif etsə də, müxalifət onu qəul etməkdən imtina edib. Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman türk jurnalistlərinə müsahibəsində bəyan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Star" qəzeti yazır.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti