...

Suriyada bir gündə 117 nəfər həlak olub

Dünya xəbərləri Materials 2 Avqust 2012 09:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azad Suriya Ordusu və hökumət qüvvələri arasında toqquşmalar zamanı dünən ölkədə azı 117 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Ölənlər arasında xeyli sayda qadın və uşaq var. Həlak olanların əksəriyyəti Dəməşq, Aleppo və Dara şəhərlərinin sakinləridir.

Qeyd olunur ki, 16 ay ərzində ilk dəfə olaraq dünən Dəməşqin xristianlar yaşayan Bab Toma və Bab Şərqi məhəllələrində döyüş gedib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti