Gürcüstan, Tbilisi, 15 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan parlamentinin sədri David Bakradze azərbaycanlıların məskunlaşdığı Marneuli majoritar dairəsi üzrə hakim Vahid Milli Hərəkat Partiyasından deputatlığa hazırkı deputat Azər Süleymanovun namizədliyini irəli sürüb.
Təqdimat Koda kəndində mexanikləşdirmə mərkəzinə baxış zamanı irəli sürülüb.
Trend-in məlumatına görə, Süleymanov jurnalistlərə bildirib ki, o regionu yaxşı tanıyır.
Deputat hesab edir ki, ikinci dəfə deputat seçilməsi üçün yükıək şansları var.