Gürcüstan, Tbilisi, 23 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan XİN avqustun 20-də Türkiyənin Qaziantep vilayətində törədilən terror aktını pisləyir və partlayış zamanı həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olduğunu bildirir. Trend-in məlumatına görə, bu barədə Gürcüstan XİN-in cümə axşamı yaydığı bəyanatda deyilir.
Terror aktı nəticəsində 9 nəfər həlak olub və 60-dan çox insan yaralanıb.
"Gürcüstan XİN terrorizmin xüsusilə heç bir günahı olmayan dinc adamlara qarşı yönəlmiş istənilən təzahürünü qətiyyətlə pisləyir", - sənəddə deyilir.
Bəyanatda qeyd olunur ki, belə terror aktları regionda sabitliyi və sülhü təhdid altında qoyur.