Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emomali Rahmonu onun üçün münasib vaxtda RF-yə səfərə dəvət edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Müvafiq razılaşma Putinin Düşənbəyə səfərinin yekunları üzrə iki ölkə prezidentinin imzaladığı birgə bəyanatda əks olunub.
Sənəddə qeyd edilir ki, dəvət böyük məmnuniyyətlə qəbul edilib.