...

Ermənistan XİN: Suriyaya humanitar yardım aparan təyyarənin Türkiyədə enməsi əvvəlcədən planlaşdırılıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2012 14:54 (UTC +04:00)
Suriyaya humanitar yardım aparan Ermənistan təyyarəsinin Türkiyədə enməsi əvvəlcədən planlaşdırılıb.
Ermənistan XİN: Suriyaya humanitar yardım aparan təyyarənin Türkiyədə enməsi əvvəlcədən planlaşdırılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Suriyaya humanitar yardım aparan Ermənistan təyyarəsinin Türkiyədə enməsi əvvəlcədən planlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan "Novosti-Armeniya" agentliyinə bildirib.

"Suriyaya humanitar yardım aparan Ermənistan təyyarəsinin Türkiyədə enməsi planlı olub. Bu, əldə edilən razılığa əsasən həyata keçirilib", - Balayan qeyd edib.

Türkiyə hakimiyyəti bu gün Ermənistan təyyarəsini Ərzurum aeroportunda endirib. NTV telekanalının məlumatına görə, enişdən sonra təyyarəyə baxış keçirilib.

Bəzi məlumatlara görə, təyyarə "Air Armenia" aviaşirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti