Gürcüstan, Tbilisi, 2 noyabr / Trend, müxbir N.Kirsxaliya /
Gürcüstanın regional inkişaf və infrastrukturlar naziri David Narmaniya və Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Murad Burhan ikitərəfli əlaqələri və birgə layihələri müzakirə ediblər. Trend-in məlumatına görə, nazirlikdən bildirilib ki, görüş tanışlıq xarakteri daşıyıb.
Tərəflər Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin Gürcüstan hissəsinin (Marabda-Tetriskaro-Salka-Axalkalaki-Karsaxi) tikintisinin gedişinə xüsusi diqqət ayırıblar. Gürcüstan bu layihəni Azərbaycan və Türkiyə ilə birlikdə həyata keçirir.
Görüş zamanı Narmaniya BTQ-nin strateji əhəmiyyətinin qeyd edib və layihədə iştirak edən ölkələrin əldə edəcəyi iqtisadi səmərəyə xüsusi diqqət ayırıb.
Narmaniya Gürcüstan hissəsinin tikintisi ilə bağlı işlərin vəziyyəti barədə məlumat verib.