...

Poti limanının işçilərinin 70 faizindən çoxu işləmir

Dünya xəbərləri Materials 2 Noyabr 2012 14:04 (UTC +04:00)
Gürcüstanın Qara dəniz sahillərindəki Poti limanının əməkdaşları dünən başladıqları tətili davam etdirirlər.
Poti limanının işçilərinin 70 faizindən çoxu işləmir

Gürcüstan, Tbilisi, 2 noyabr/Trend, müxbir N. Kirsxaliya/

Gürcüstanın Qara dəniz sahillərindəki Poti limanının əməkdaşları dünən başladıqları tətili davam etdirirlər. Trend-in məlumatına görə, onlar əməkhaqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Poti limanının qulluqçu və işçilərinin təqribən 70 faizi işləmir. Liman donanmasının dənizçiləri və ehtiyat qrupları da işləməyənlər arasındadır. Yalnız icarəyə verilən gəminin yan alması üçün körpülər fəaliyyət göstərir.

"Maliyyə itkisi çoxdur ki, bu da limanın göstəricilərinə çox mənfi təsir edəcək. Limanla bir çox biznes bağlıdır və biz sahibkarların yük gətirməyəcəyi təhlükəsi ilə üzləşmişik. Bu, təkcə limanın vəziyyətinə deyil, həmçinin ölkənin bütün iqtisadiyyatına təsir edəcək", - limanın rəhbəri Cozef Krouli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti