...

ATƏT-in ali komissiarı Gürcüstanda milli azlıqların müdafiəsini müzakirə edib

Dünya xəbərləri Materials 15 Noyabr 2012 14:32 (UTC +04:00)
ATƏT-in milli azlıqların məsələləri üzrə ali komissarı Knut Vollebek Gürcüstana səfəri çərçivəsində yeni hökumətin üzvləri ilə görüşlər keçirir.
ATƏT-in ali komissiarı Gürcüstanda milli azlıqların müdafiəsini müzakirə edib

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

ATƏT-in milli azlıqların məsələləri üzrə ali komissarı Knut Vollebek Gürcüstana səfəri çərçivəsində yeni hökumətin üzvləri ilə görüşlər keçirir.

Trend-in məlumatına görə, Vollebek icra hakimiyyətinin nümayəndələrindən başqa parlament azlığı və çoxluğunun nümayəndələri ilə də görüşəcək.

"Məqsədimiz yeni hökuməti fəaliyyətimizlə tanış etmək və indiyədək apardığımız fəaliyyətin davam etdirilməsinə dair bir növ razılıq almaqdır. Mən artıq ayrı-ayrı nazirlərlə görüşmüşəm və əməkdaşlığın davam edəcəyini güman etmək olar", - o vurğulayıb.

Vollebek bildirib ki, səfərinin məqsədi milli azlıqların hüququnun müdafiəsi sahəsində fəal işi davam etdirməkyə hökuməti inandırmaqdır. "Biz azlıqların Gürcüstanın siyasi və ictimai həyatına hansı dərəcədə qoşulmasına xüsusi diqqət ayıracağıq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti