...

Yerevanda KTMK Akademiyasının yaradılmasına dair memorandum imzalanıb

Dünya xəbərləri Materials 29 Yanvar 2013 15:36 (UTC +04:00)
Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi və Ermənistan Milli Təhlükəsizlik Şurasının Aparatı arasında KTMT Akademiyasınınn yaradılmasına dair anlaşma memorandumu imzalanıb.
Yerevanda KTMK Akademiyasının yaradılmasına dair memorandum imzalanıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi və Ermənistan Milli Təhlükəsizlik Şurasının Aparatı arasında KTMT Akademiyasınınn yaradılmasına dair anlaşma memorandumu imzalanıb.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, sənədi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və KTMT-nin baş katibu Nikolay Bordyuja imzalayıblar.

Həmçinin, Yerevanda KTMT Akademiyası Fondunun təsis edilməsinə dair saziş imzalanıb.

Sənədlərin imzalanması mərasimindən sonra keçirilən brifinqdə Baqdasaryan deyib ki, Akademiyanın bir neçə aydan sonra işə başlaması planlaşdırılır.

"Bu, ciddi analitik mərkəz olacaq. Hələ ki bəzi təşkilatı məsələlər həll edilir", - Baqdasaryan vurğulayıb.

Bordyujanın sözlərinə görə, Akademiya KTMT və digər ölkələrdən (məsələn, Avropa ölkələrindən) mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub. Bu, iri regional mərkəz olacaq. Mərkəzdə gələcək politoloqlar təhsil alacaq, təhlükəsizlik sahəsində məsələlərin həlli üçün tövsiyələr hazırlanacaq, KTMT-nin məqsəd və vəzifələri təbliğ ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti