...

Meksikada neft şirkətinin binasında partlayış baş verib, 14 nəfər ölüb, 80 nəfər yaralanıb

Dünya xəbərləri Materials 1 Fevral 2013 06:58 (UTC +04:00)
Meksikanın paytaxtında yerləşən Pemex dövlət neft şirkətinin binasında partlayış baş verib.
Meksikada neft şirkətinin binasında partlayış baş verib, 14 nəfər ölüb, 80 nəfər yaralanıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Meksikanın paytaxtında yerləşən "Pemeks" dövlət neft şirkətinin binasında partlayış baş verib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 80 nəfər yaralanıb, Meksikanın Daxili İşlər naziri Migel Angel Osorio Çond məlumat verib.

Onun sözlərinə görə, partlayışın səbəbi hələ ki məlum deyil. Bundan öncə məlumat verilirdi ki, partlayış qaz sızması səbəbindən baş verib, digər versiyaya əsasən isə elektik yarımstansiyada partlayış baş verib.

Yanğınsöndürənlər və xilasedicilər binanın birinci və ikinci mərtəbələrinin dağıntıları arasında axtarışları davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti