...

İran qeyri-rəsmi olaraq ABŞ-dan ilan sancması əleyhinə vaksinlər idxal edir

Dünya xəbərləri Materials 13 Fevral 2013 15:41 (UTC +04:00)
İran qeyri-rəsmi olaraq ABŞ-dan ilan və əqrəb sancması əleyhinə vaksinlər idxal edir.
İran qeyri-rəsmi olaraq ABŞ-dan ilan sancması əleyhinə vaksinlər idxal edir

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran qeyri-rəsmi olaraq ABŞ-dan ilan və əqrəb sancması əleyhinə vaksinlər idxal edir. Trend-in çərşənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Zərdab və Vaksin İnstitutunun rəhbəri Hadi Famil Qadekçi bildirib.

"Sanksiya səbəbindən ABŞ-dan bəzi vaksinləri açıq şəkildə idxal edə bilmirik", - o əlavə edib.

İnstitut rəhbəri deyib ki, ABŞ-ın İran istehsallı zərdabdan istifadə etməsi faktı onu göstərir ki, İran belə vaksinlərin istehsalında yüksək səviyyəyə çatıb.

O bildirib ki, İran ilk dəfə olaraq poliomielit əleyhinə inyeksiya vaksinlərindən istifadə edəcək.

"İranda poliomielit əleyhinə vaksin Ümumdünya Səhiyyə Təşkilatının belə xəstəliklərlə mübarizə üzrə metodikasına uyğun istehsal edilir, - o qeyd edib. - Gələcəkdə vaksinlərin kütləvi istehsalı və İran və qonşu ölkələrin bazarlarına tədarük edilməsi planları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti