...

Mixail Saakaşvili: Gürcüstan böyük təzyiq altındadır

Dünya xəbərləri Materials 7 Mart 2013 22:25 (UTC +04:00)
Gürcüstan böyük təzyiq altındadır və ölkənin xarici siyasətini sarsıtmaq cəhdləri göz qabağındadır.
Mixail Saakaşvili: Gürcüstan böyük təzyiq altındadır

Gürcüstan, Tbilisi, 7 mart /Trend, N. Kirtsxalia/

Gürcüstan böyük təzyiq altındadır və ölkənin xarici siyasətini sarsıtmaq cəhdləri göz qabağındadır. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Yunanıstanda "Şərqlə münasibətlərin dərinləşməsi" mövzusunda Avropa Xalq Partiyasının təşkil etdiyi forumda çıxışında bəyan edib.

"Ötən ilin oktyabrında Gürcüstandakı seçkilərdə baş verənlər və bir neçə gün əvvəl Moldova parlamentində baş verənlər tarazlığı tamamilə pozub. Bu Avropa seçimi üçün qeri addım deməkdir", Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstandakı seçkilərdək qələbə qazanmaq üçün böyük məbləğdə vəsaitlər sərf olunub. "Məhz bu maliyyə manipulyasiyaları və böyük məbləğdə pullar həlledici rol oynayıb. Bir neçə gün bundan əvvəl pullar eyni ssenari ilə Moldova siyasətinə daxil olub. Nəticədə baş-nazir Filat devrilib və Moldovanın perspektivləri yenə də anlaşılmaz vəziyyətdədi", deyə Mixail Saakaşvili qeyd edib.

Mixail Saakaşvili vurğulayıb ki, Gürcüstandakı qərbyönümlü qüvvələr böyük təzyiq altındadır. "Ölkənin xarici siyasətini və Azərbaycan kimi dövlətlərlə tərəfdaşlığını sarsıtmaq cəhdləri göz qabağındadır", Saakaşvili vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti