Azərbaycan, Bakı, 21 mart /Trend/
Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanmış "Aydar" gəmisinin ekipaj üzvlərinin dördü Azərbaycan vətəndaşıdır. Bu barədə Trend-ə tanınmamış Abxaziya respublikasının dəniz gəmiçiliyinin direktoru Zaur Ardzinba məlumat verib.
Gəmi Abxaziyadan Türkiyənin Trabzon limanına yola düşüb. "Aydar"ın ekipajı dörd Azərbaycan, iki Rusiya və iki Ukrayna vətəndaşından ibarət idi.
Ardzinbanın sözlərinə görə, balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılmışdır.