...

Abxaz dəmir yolunun bərpası yalnız ideya idi — Gürcüstanın xarici işlər naziri

Dünya xəbərləri Materials 14 Aprel 2013 21:16 (UTC +04:00)
Gürcüstan hələ Rusiya ilə Ermənistanı birləşdirən Abxaz dəmir yolunun bərpası barədə danışıqlar aparmır. Bu barədə Yerevanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pandjikidze "Azadlıq" radiosuna bildirib. Bu barədə Qruziya-Online xəbər yayıb.
Abxaz dəmir yolunun bərpası yalnız ideya idi — Gürcüstanın xarici işlər naziri

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Gürcüstan hələ Rusiya ilə Ermənistanı birləşdirən Abxaz dəmir yolunun bərpası barədə danışıqlar aparmır. Bu barədə Yerevanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidze "Azadlıq" radiosuna bildirib. Bu barədə Qruziya-Online xəbər yayıb.

"Biz bu haqda düşünürük. Biz hələ bu istiqamətdə işə başlamadıq. Gürcüstanın maraqlarını nəzərə alaraq biz Gürcüstanın bu prosesdən nə qədər udacağını anlamağa çalışacağıq. Yalnız bundan sonra biz vəziyyəti öyrənəcək işçi qrupu yaradacağıq, və yalnız bundan sonra qərar qəbul edəcəyik. İndi isə Abxaz dəmir yolunun bərpasından danışmaq tezdir. Bu yalnız ideya idi. Bu mövzu baş nazirin (Bidzina İvanışvilinin) Yerevana səfəri vaxtı müzakirə edilirdi, ancaq bu istiqamətdə konkret addımlar olmayıb", - Pancikidze bildirib.

Nazir vurğulayıb ki, Gürcü tərəf məsələnin iqtisadi və siyasi aspektlərini nəzərə almalıdır, və yalnız onda işçi qrupu yaratmaq olar.

Xatırladaq ki, Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili Abxaz dəmir yolunun bərpasının mövzusunu qaldırıb, daha sonra isə bildirib ki, Abxaziyada və Rusiyada bu mövzusuya maraq göstərilmədi, və buna görə bu məsələ gündəmdən çıxardılmışdır.

Ermənistana səfəri zamanı Gürcüstanın baş naziri Bidzina İvanişvili bu layihənin texniki detallarının müzakirə olduğunu bəyan edib. Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə martın 9-da Yerevanda bildirdi ki, yaxın gələcəkdə Abxaz dəmir yolunun istismarının bərpası üzrə ilk addımlar atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti