Azərbaycan, Bakı, 6 may /Trend/
Hakimiyyətdə olan Ermənistan Respublika Partiyası (ERP) Yerevan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə qalib gəlib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan KİV xəbər yayıb.
İlkin məlumatlara görə, 464 məntəqənin hamısında bülletenlərin sayılmasından sonra ERP 55,89 faiz ( 235, 512 ) səs yığıb.
İkinci yeri "Çiçəklənən Ermənistan" (97, 189 səs və ya 23,07 faiz), üçüncü pilləni isə "Salam Yerevan" partiya bloku (35 732 və ya 8,48 faiz) tutub.
İlkin məlumatlara görə, Ağsaqqallar Şurasına 3 siyasi qüvvə - Ermənistan Respublika Partiyası, "Çiçəklənən Ermənistan" və "Salam Yerevan" bloku daxil olub.