...

Təkmilləşdirilmiş "Bayandor" esminesi İranın Hərbi Dəniz Qüvvələrinin sərəncamına qayıdacaq

Dünya xəbərləri Materials 9 May 2013 21:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend müxbirlər E.Tariverdiyeva, T. Cəfərov /

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibulla Səyyarınin bildirdiyinə görə, "Bayandor" esminesi mayın 24-də İran Hərbi dəniz donanmasının sərəncamına qayıdacaq, Trend IRNA agentliyinə istinadən, cümə axşamı məlumat verir.

Hərbi gəmi əsaslı təmir və İran mütəxəssisləri tərəfindən ən yeni silahla təchiz olunandan sonra İran Hərbi Dəniz Qüvvələrinin sərəncamına qayıdacaq.

Kontr-admiralın sözlərinə görə, "Bayandor" ən yeni avadanlıqla, o cümlədən raketlər, torpedalar, artilleriya və hidroakustik komplekslərlə, həmçinin digər qurğularla təchiz edilib.

"İndi esmines açıq dənizdə tapşırıqların yerinə yetirilməsi üçün hazırdır," - Səyyari bildirib.

Xəbər lenti

Xəbər lenti