...

Qiqi Uqulava: David Bakradze və İrakli Alasaniya prezident postuna ən münasib namizəddirlər

Dünya xəbərləri Materials 9 May 2013 22:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 9 may /Trend, N. Kirtsxalia/

Tbilisinin meri Qiqi Uqulava "Vahid Milli Hərəkat"dan David Bakradzeni və "Gürcü arzusu"ndan İrakli Alasaniyanı Gürcüstan prezidenti postuna ən münasib namizəd hesab edir. Bu barədə Trend məlumat verir.

Uqulavanın cümə axşamı jurnalistlərlə söhbətdə bildirdiyinə görə, əvvəlcədən demək mümkün deyil, kim "Vahid Milli Hərəkat"dan prezidentliyə namizəd olacaq, çünki hər şey praymeriz yolu ilə həll ediləcək.

"Praymerizin nəticələri həm mənim üçün, həm də cəmiyyət və jurnalistlər üçün gözlənilməz ola bilər. Mənim fikrimcə, Gürcüstan prezidenti postuna daha çox iki namizəd münasib ola bilər - İrakli Alasaniya və David Bakradze", - paytaxt meri deyib.

Xəbər lenti

Xəbər lenti