...

Qəzaya uğramış F-16 türk qırıcısının pilotunun cəsədi tapılıb

Dünya xəbərləri Materials 14 May 2013 02:02 (UTC +04:00)
Axtarış xidməti və xilasedicilər bazar ertəsi rabitə əlaqəsi kəsilən F-16 türk qırıcı təyyarəsinin pilotunun cəsədini tapıblar.
Qəzaya uğramış F-16 türk qırıcısının pilotunun cəsədi tapılıb

Azərbaycan, Bakı, 14 may /Trend/

Axtarış xidməti və xilasedicilər bazar ertəsi rabitə əlaqəsi kəsilən F-16 türk qırıcı təyyarəsinin pilotunun cəsədini tapıblar. Anadolu agentliyinin məlumatına görə, bu barədə Osmaniyyə şəhərinin valisi Cəmaləddin Cərrah deyib.

F-16 qırıcı təyyarəsi Amasya əyalətindəki bazadan göyə qalxıb. Bir neçə saat uçuşdan sonra pilotla əlaqə kəsilib və sonra qırıcı təyyarə radarın ekranından yox olub.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, qırıcı təyyarə ilə əlaqə yerli vaxtla saat 14:15-də kəsilib, həmin vaxt "F-16" Amanoslar rayonunda növbətçi uçuşu həyata keçirərkən pilotdan "katapult edirəm" məlumatı alınıb.

İlkin məlumatlara görə, təyyarə qəzaya uğrayib, qəzaya səbəb texniki nasazlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti