...

İran il ərzində kosmosa ikinci meymunu göndərəcək

Dünya xəbərləri Materials 14 May 2013 11:51 (UTC +04:00)
İran ölkənin cari təqvim ilinin (2014-cü il martın 20-i)sonuna, yaxud gələn ilin əvvəlində kosmosa ikinci meymunu göndərəcək.
İran il ərzində kosmosa ikinci meymunu göndərəcək

Azərbaycan, Bakı, 14 may / Trend, müxbir E. Tariverdiyeva/

İran ölkənin cari təqvim ilinin (2014-cü il martın 20-i) sonuna, yaxud gələn ilin əvvəlində kosmosa ikinci meymunu göndərəcək. Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Kosmik Agentliyinin Elmi-Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd İbrahimi deyib.

Onun sözlərinə görə, raketdaşıyıcı maye yanacaq ilə işləyəcək ki, bu da sürəti aşağı endirməyə və heyvanın orqanizminə yüklənməni azaltmağa imkan verəcək.

O qeyd edib ki, iranlı mütəxəssislər tərəfindən kosmosa ilk meymun 2013-cü il yanvarın 28-də göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti