...

Şimali və Cənubi Koreya iyunun 12-də danışıqlar aparacaq

Dünya xəbərləri Materials 9 İyun 2013 12:08 (UTC +04:00)
Renxap agentliyinin verdiyi məlumata görə, Şimali və Cənubi Koreya nümayəndələri iyunun 12-də nazirlər səviyyəsində danışıqların aparılması haqqında bazar günü işçi səviyyədə keçirilmiş danışıqlarda razılığa gəliblər.
Şimali və Cənubi Koreya iyunun 12-də danışıqlar aparacaq

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Şimali və Cənubi Koreya nümayəndələri iyunun 12-də nazirlər səviyyəsində danışıqların aparılması haqqında bazar günü işçi səviyyədə keçirilmiş danışıqlarda razılığa gəliblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Tərəflər nazir səviyyəsində görüşün keçirilməsi zəruriliyini qarşılıqlı anlaşma şəklində göstəriblər", - danışıqlarının səhər sessiyasını bitirdikdən sonra Cənubi Koreya nümayəndəsi Kim Xen Sok deyib. O, əlavə edib ki, görüş sakit şəraitdə keçib.

İki ölkə rəhbərliyinin nümayəndələrinin görüşü, Koreyanın sülh birləşməsi komitəsinin Şimali Koreya nümayəndəsinin cümə axşamı edilən bəyanatından sonra mümkün olub. Qeyd olunan görüşdə Seula iqtisadi əməkdaşlıq haqqında rəsmi danışıqların keçirilməsi, həmçinin cənubi koreyalıların Kımqansan kurort zonasına turizm səfərlərinin yenilənməsi haqqında təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti