...

Ərdoğan: Etiraz aksiyaları nəticəsində Türkiyəyə dəyən ziyanın miqdarı 53,3 milyon dollar təşkil edir

Dünya xəbərləri Materials 19 İyun 2013 11:19 (UTC +04:00)
İstanbulda 20 gündən artıq davam edən etiraz aksiyaları nəticəsində Türkiyəyə dəyən ziyanın miqdarı 100 milyon lirə təşkil edir.
Ərdoğan: Etiraz aksiyaları nəticəsində Türkiyəyə dəyən ziyanın miqdarı 53,3 milyon dollar təşkil edir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir A.Tağıyeva/

İstanbulda 20 gündən artıq davam edən etiraz aksiyaları nəticəsində Türkiyəyə dəyən ziyanın miqdarı 100 milyon lirə təşkil edir. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazirin sözlərinə görə, etiraz aksiyaları, ilk növbədə əhalinin az təminatlı təbəqəsinə təsir edib.

Ərdoğan, o cümlədən vurğulayıb ki, hökumət ölkənin inkişafına dair yeni proqram hazırlayıb. Proqram çərçivəsində növbəti 5 il ərzində Türkiyədə işsizliyin səviyyəsi 7,89 faizə düşəcək, inflyasiya isə 4,5 faiz təşkil edəcək.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisi etirazçılara qarşı həddindən artıq güc tətbiq etməkdə günahlandırır.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri bildirmişdi ki, etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə əlaqədar araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti